...

"Azəryol" CEV kubokunun finalına yaxınlaşır

İdman Materials 11 Fevral 2016 19:50
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb.
"Azəryol" CEV kubokunun finalına yaxınlaşır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, Bakı təmsilçisi İtaliyanın "Novara" klubunu qəbul edib. İlk iki setdə "Azəryol" voleybolçuları üstün olublar - 25:19, 25:17.

Üçüncü setdə rəqib təşəbbüsü ələ alıb - 23:25. Lakin 4-cü setdə komandamız oyunda son nöqtəni qoyub - 25:17 (3:1).

Cavab qarşılaşması fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, cütlüyün qalibi yarımfinalda "Dinamo" (Rusiya) - "Ştutqart" (Almaniya) duelində qələbə qazanan komanda ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti