...

Türkiyəli idmançı: Bakıdakı Milli Gimnastika Arenasında ab-hava təkrarsızdır

İdman Materials 21 Fevral 2016 15:56
Bakıdakı Milli Gimnastika Arenasında ab-hava təkrarsızdır.
Türkiyəli idmançı: Bakıdakı Milli Gimnastika Arenasında ab-hava təkrarsızdır

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıdakı Milli Gimnastika Arenasında ab-hava təkrarsızdır. Bunu Trend-ə idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda qalib olmuş türkiyəli idmançı İbrahim Çolak deyib.

O bildirib: "Bu arenada ikinci dəfədir çıxış edirəm. Birinci dəfə burada I Avropa Oyunlarında olmuşam. Buarada ilk çıxışım olmasa da, həyəcanlanırdım, sanki buarada birinci dəfə idim. Bu, yaxşı həyəcandır və bu məni xoşbəxt edir".

Türkiyəli gimnast qeyd edib ki, qazandığı qızıl medal sanki onun yorğunluğunu alıb: "Bir az yorğunam, eyni zamanda çox xoşbəxtəm. Bu mənim idman gimnastikası üzrə dünya kuboklarında ən yaxşı nəticəmdir. Dəstəyə görə tamaşaçılara və azarkeşlərə ayrıca təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti