...

İspan məşqçi: Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb (FOTO)

İdman Materials 4 Mart 2016 19:04 (UTC +04:00)
Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb.
İspan məşqçi: Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb. Bunu Trend-ə ispaniyalı məşqçi Gilyermo Vilya Peral deyib.

Onun sözlərinə görə, bu ayın sonunda İspaniyanın Valyadolid şəhərində batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək və Bakı təşkilati məsələlər üzrə yaxşı nümunə ola bilər.

Məşqçi bildirib: "Demək istəyirəm ki, Azərbaycandan əxz etməli məsələlər var - möhtəşəm təşkilatçılıq, arenanın özü, işıqlandırma - hər şey yüksək səviyyədədir. Fikrimcə, yarışlar əla keçəcək".

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti