...

5 yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi oldu (FOTO)

İdman Materials 28 Mart 2016 17:33 (UTC +04:00)
5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən bədii gimnastika üzrə "Bahar" beynəlxalq turnirinin qalibi olub.
5 yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi oldu (FOTO)

Bakı. Trend:

5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən bədii gimnastika üzrə "Bahar" beynəlxalq turnirinin qalibi olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Bosniya və Herseqovina, İsrail və başqa dövlətlərdən olan idmançılar iştirak ediblər.

Xatırladaq ki, üç ay bundan öncə M.Abbasova Budapeşt birinciliyinin ikincisi olub.

Qeyd edək ki, M.Abbasova Budapeştdə yaşayan jurnalist-yazıçı Əzizə Lalayevanın övladıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti