...

"Bakı"nın 6 xalı silindi

İdman Materials 19 Aprel 2016 15:45 (UTC +04:00)

Bakı. Trend:

"Bakı" futbol klubunun 6 xalı silinib.

Trend AFFA-ya istinadən məlumat verir ki, FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, "Bakı" klubu ilə həmin klubda çıxış etmiş futbolçu George Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi tərəfindən Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinməsi haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti