Bakı. Trend:
Fransada futbol üzrə Avropa çempionatı davam edir.
Trend-in məlumatına görə, yarışmanın üçüncü günündə C qrupunda Polşa və Şimali İrlandiya komandaları qarşılaşıblar.
Oyunda yeganə qolu 51-ci dəqiqədə Milik vurub - 1:0.
C qrupunun digər oyununda bu gün Almaniya və Ukrayna yığmaları üz-üzə gələcəklər.