...

"The Caspian Times": Bakıda Formula 1-in keçirilməsi Azərbaycanın şöhrətini artıracaq

İdman Materials 14 İyun 2016 13:04 (UTC +04:00)
Bakıda "Formula-1" Avropa Qran Prisi kimi mühüm yarışın keçirilməsi Azərbaycanın dünya arenasında şöhrətini artıracaq.
"The Caspian Times": Bakıda Formula 1-in keçirilməsi Azərbaycanın şöhrətini artıracaq

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda "Formula 1" Avropa Qran Prisi kimi mühüm yarışın keçirilməsi Azərbaycanın dünya arenasında şöhrətini artıracaq. Bunu Trend-ə "The Caspian Times" beynəlxalq portalının təsisçisi, pakistanlı jurnalist Malik Eyyub Sumbal deyib.

Onun sözlərinə görə, "Formula 1" qlobal arenada geniş müzakirə olunur və Azərbaycan idman həvəskarları üçün bu meqa-hadisənin təşkilatçısı kimi qeyd edilir: "Müsəlman dünyasında belə növ tədbirləri təşkil edən az sayda ölkə var. Azərbaycan ilk belə ölkələrdəndir".

M.E.Sumbal qeyd edib ki, Azərbaycan böyük idman potensialı olan ölkədir: "Mən Azərbaycana diqqəti cəlb edən belə iri idman yarışlarını qəbul edən Prezident İlham Əliyevin böyük mütərəqqi baxışını yüksək qiymətləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti