...

FIA Bakıda "Formula 1" trasında bordürlərin möhkəmliyini yenidən yoxlayacaq

İdman Materials 17 İyun 2016 17:51 (UTC +04:00)
Bakıda GP2 seriyasının təsnifat mərhələsi trasdakı bordyurlara görə təxirə salınıb.
FIA Bakıda "Formula 1" trasında bordürlərin möhkəmliyini yenidən yoxlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda GP2 seriyasının təsnifat mərhələsi trasdakı bordürlərə görə təxirə salınıb.

Trend-in məlumatına görə, GP2 təsnifatı başladıqdan bir dəqiqə sonra trasda qırmızı bayraqlar qaldırılıb. Beynəlxalq Avtomobil Federasiyası (FIA) elan edib ki, yürüş direktoru Çarli Uaytinq trekin hər döngəsində bordürlərin möhkəmliyini yenidən yoxlayacaq.

GP2-nin təsnifat mərhələsi "Formula 1" Avropa Qran Prisinin II sərbəst praktikasının yekunu üzrə baş tutacaq.

Bakıda GP2 avtomobil yarışlarının praktiki sessiyası başlayıb (FOTO)

Bakıda GP2 avtomobil yarışlarının praktiki sessiyası başlayıb (FOTO)

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti