...

Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

İdman Materials 14 İyul 2016 13:27 (UTC +04:00)
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək.
Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

Bakı. Trend:

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri nümayəndələri də iştirak edə bilər.

Məkan: Velopark (Şıxov)
Başlama vaxtı: 22 iyul, saat 18:00

İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri qiymətli hədiyyələr gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti