...

Üzgüçümüz finalda

İdman Materials 12 Sentyabr 2016 17:14 (UTC +04:00)
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.
Üzgüçümüz finalda

Bakı. Trend:

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan üzgüçüsü Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.

Trend-in məlumatına görə, 13 atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

Qeyd edək ki, Azərbaycan Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti