...

Azərbaycan birinciliyi start götürüb

İdman Materials 30 Sentyabr 2016 23:46 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi start götürüb
Azərbaycan birinciliyi start götürüb

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır.

İlk yarış günü 4 yaş kateqoriyasında 1-ci mərhələyə yekun vurulub. 15 yaşadək oğlanların 25 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Əmral Əbdüləzizli və Əhməd Əhmədov tutublar.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçisi Əli Qurbanov 50 km məsafəyə qrup ötüşməsində hamını qabaqlayıb. Onun komanda yoldaşı İvan Orlov 2-ci olub. İlk 3-lüyü isə "Neftçi" İdman Klubu İctimai Birliyinin üzvü Vüqar Nəsibov tamamlayıb.

Qızların 25 km məsafəyə qrup ötüşməsinə gəlincə, ilk 2 yeri 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutublar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya finiş xəttini 3-cü keçib.

Və nəhayət, gənc oğlanların 15 km məsafəyə fərdi ötüşməsində "Neftçi" İdman Klubu İctimai Birliyinin nümayəndəsi Telman Əliyev ən yaxşı nəticə göstərib. "Lokomotiv" klubundan Kərim Şirəliyev və 8 saylı Olimpiya İdman Məktəbindən Mikayıl Səfərli müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qeyd edək ki, ölkə çempionları 3 yarış gününün nəticəsinə əsasən müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti