...

Avropa çempionatında 9-cu yer

İdman Materials 24 Oktyabr 2016 11:14 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Avropa çempionatında 9-cu yer

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.

32 idmançının iştirak etdiyi bu növdə S.Omelçenko 1-ci mərhələni uğurla dəf edib - o, Litva, Fransa, Hollandiya və Belarus təmsilçiləri ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.

Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün S.Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə sm çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.

Son yürüşdə Böyük Britaniya və Çexiya idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan S.Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq balı yazıb. Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq Dünya Kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti