...

Ağabala Ramazanov rəsmən "Qarabağ"da

İdman Materials 6 Yanvar 2017 15:35 (UTC +04:00)
"Qarabağ" 2016/2017-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.
Ağabala Ramazanov rəsmən "Qarabağ"da

Bakı. Trend:

"Qarabağ" 2016/2017-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.

Trend-in məlumatına görə, Ağdam klubu "İnter"dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan futbolçu 1 qolla yadda qalıb.

A Ramazanov bu gün "Qarabağ"ın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti