...

Portuqaliya gimnast: "Bakıda gümüş medal qazandığım üçün çox xoşbəxtəm"

İdman Materials 19 Fevral 2017 13:40 (UTC +04:00)
Португальская гимнастка Ракель Пинту завоевала серебро кубка мира по тамблингу
Portuqaliya gimnast: "Bakıda gümüş medal qazandığım üçün çox xoşbəxtəm"

Bakı. Ənvər Məmmədov - Trend:

"Çox xoşbəxtəm ki, Bakıda gümüş medal qazanmağı bacardım".

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun tamblinq yarışlarında gümüş medal qazanan portuqaliyalı Rakel Pintu deyib.

İdmançı belə nəticəni gözləmədiyini bildirib: "Çünki yeni elementlərini sınaqdan keçirdim. Lakin hər şey sadəcə əla alındı".

Azərbaycan gimnastı Dünya Kubokunda 2-ci oldu (FOTO) (YENİLƏNİB)

Azərbaycan gimnastı Dünya Kubokunda 2-ci oldu (FOTO) (YENİLƏNİB)

Portuqaliya təmsilçisi Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib: "Burada çox gözəl ab-hava var. Əsasən də zalın tərtibatı, işıqlandırılması, həmçinin idmançılar çıxış edən zaman öz ölkələrinə aid musiqilərin səsləndirilməsi xüsusən xoşuma gəldi. Mən bütün diqqətimi yarışa cəmləmişdim və bunu dərhal sezmədim. Lakin bu, çox möhtəşəm idi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti