...

Bakıda Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq

İdman Materials 20 Fevral 2017 13:45 (UTC +04:00)
25-26 mart tarixlərində Bakı şəhərində Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq.
Bakıda Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq

Bakı. Trend:

25-26 mart tarixlərində Bakı şəhərində Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq.

Trend-in məlumatına görə, yarışda 17 Asiya ölkələrinin iştirakı gözlənilir.

Yarış Bakı şəhəri Gənclər və İdman baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə, "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu tərəfindən təşkil olunur.

Yarışın məqsədi Asiyada və Dünyada Kempo döyüş sənətinin təbliğatı, dövlətlər arasında dostluq və əməkdaşlığı genişləndirməkdir. Xarici idmançıların iştirakı ilə birgə Azərbaycan kempoçularının da iştirakı gözlənilir. Yarış uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Yarış Kempo Full,Kempo Submission (Grappling Gi-NoGi), Kempo Semi, Self Defens (özünümüdafiə), Kempo PRO versiyaları üzrə keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti