...

Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəldi (YENİLƏNİB)

İdman Materials 16 Mart 2017 13:54 (UTC +04:00)
Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəlib.
Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəldi (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəlib.

Trend-in məlumatına Azərbaycan gimnastı Mariya Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışında dayaqla tullanma hərəkətlərinin nəticəsinə görə final mərhələsinə yüksəlib.
Təsnifat turunda Azərbaycan idmançısı 13.733 xal toplayaraq finala keçib.

Təsnifatda ən yaxşı nəticəni Özbəkistan təmsilçisi Oksana Çusovitina (14.383 xal) göstərib, ikincı yerdə isə Avstarliya idmançısı Emili Littl (14.033 xal) qərarlaşıb.

Finala həmçinin Sloveniya idmançısı Teja Belyak və Tyaşa Kiseleff, Yunanıstandan Arqiro Afrati, İsrail idmançısı Qaya Qiladi və Finlandiyadan Rozanna Oyala çıxıb.

Digər Azərbaycan təmsilçisi Mariya Smirnova 10 nəticə göstərməklə ikinci ehtiyat idmançıdır.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti