...

3-cü dəfə eyni "üçlük": "İnter"in 8-ci, "Qəbələ"nin 4-cü mükafatı - CƏDVƏL

İdman Materials 25 Aprel 2017 16:10 (UTC +04:00)
Qızıl medallara yiyələnən “Qarabağ”dan sonra “Qəbələ” gümüş, “İnter”isə bürünc medalına qovuşub.
3-cü dəfə eyni "üçlük": "İnter"in 8-ci, "Qəbələ"nin 4-cü mükafatı - CƏDVƏL

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 27-ci turun son oyunundan sonra bütün mükafatların sahibləri bəlli olub. Qızıl medallara yiyələnən “Qarabağ”dan sonra “Qəbələ” gümüş, “İnter”isə bürünc medalına qovuşub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, bu üç komanda son 4 mövsümdə 3-cü dəfə mükafatçılar sırasında yer alıb. 2013/14 və 2014/15 mövsümündə də eyni “üçlük” medallara yiyələnmişdi. Amma həmin vaxt gümüş “İnter”in, bürünc “Qəbələ”nin olmuşdu. Son 3 mövsümdə bürünc qazanan Qəbələnin eyniadlı klubu ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. Əyalət klubu tarixində 4-cü medalını və ilk gümüşünü əldə edib.

“İnter” isə bürünc sayında “Qəbələ”yə çatıb. 3 dəfə üçüncü olan bakılılar 2 qızıl və 3 gümüş medala da yiyələnib. Ümumilikdə isə paytaxt futbolçuları 8-ci dəfə mükafata sahib olub.

Qeyd edək ki, indiyədək 25 ölkə çempionatından 24-də mükafatçılar müəyyənləşib. 2001/02 mövsümündə klublar çempionatı davam etdirməkdən boyun qaçırıb, yarışı yarımçıq qoyublar. Klublar çempionatın qalan hissəsini qanunsuz şəkildə özbaşına təşkil edib sona çatdırsa da, həmin nəticələr FİFA, UEFA, AFFA və PFL tərəfindən tanınmayıb.

Mövsüm

Çempion

II yer

III yer

1992

“Neftçi” Bakı

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993

“Qarabağ” Ağdam

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993/94

“Turan” Tovuz

“Qarabağ” Ağdam

“Kəpəz” Gəncə

1994/95

“Kəpəz” Gəncə

“Turan” Tovuz

“Neftçi” Bakı

1995/96

“Neftçi” Bakı

“Xəzri” Buzovna

“Kəpəz” Gəncə

1996/97

“Neftçi” Bakı

“Qarabağ” Ağdam

“Xəzri” Buzovna

1997/98

“Kəpəz” Gəncə

“Dinamo” Bakı

“Şəmkir”

1998/99

“Kəpəz” Gəncə

“Şəmkir”

“Neftçi” Bakı

1999/2000

“Şəmkir”

“Kəpəz” Gəncə

“Neftçi” Bakı

2000/01

“Şəmkir”

“Neftçi” Bakı

“Viləş” Masallı

2001/02

yarımçıq qalıb

2003/04

“Neftçi” Bakı

“Şəmkir”

“Qarabağ” Ağdam

2004/05

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

“Karvan” Yevlax

2005/06

“Bakı”

“Karvan” Yevlax

“Neftçi” Bakı

2006/07

“Xəzər-Lənkəran”

“Neftçi” Bakı

“Bakı”

2007/08

“İnter” Bakı

“Olimpik” Bakı

“Neftçi” Bakı

2008/09

“Bakı”

“İnter” Bakı

"Simurq" Zaqatala

2009/10

“İnter” Bakı

“Bakı”

“Qarabağ” Ağdam

2010/11

“Neftçi” Bakı

“Xəzər Lənkəran”

“Qarabağ” Ağdam

2011/12

“Neftçi” Bakı

“Xəzər Lənkəran”

“İnter” Bakı

2012/13

“Neftçi” Bakı

“Qarabağ” Ağdam

“İnter” Bakı

2013/14

“Qarabağ” Ağdam

“İnter” Bakı

“Qəbələ”

2014/15

“Qarabağ” Ağdam

“İnter” Bakı

“Qəbələ”

2015/16

“Qarabağ” Ağdam

“Zirə” Bakı

“Qəbələ"

2016/17

“Qarabağ” Ağdam

“Qəbələ"

“İnter” Bakı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti