...

Azərbaycanlı cüdoçudan daha bir QIZIL

İdman Materials 13 May 2017 19:23 (UTC +04:00)
Azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Azərbaycanlı cüdoçudan daha bir QIZIL

Bakı. Elçin Mehdiyev - Trend: .

Azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 66 kq çəki dərəcəsində kişi cüdoçularının final görüşündə Azərbaycan çüdoçusu Nicat Şıxəlizadənin rəqibi Əlcəzair təmsilçisi Zourdani Houd olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti