...

Bakı-2017: Gimnastımızdan gümüş medal

İdman Materials 15 May 2017 13:13 (UTC +04:00)
Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.
Bakı-2017: Gimnastımızdan gümüş medal

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.

Trend-in məlumatına görə, onun yekun nəticəsi 13.750 bal olub.

Bu növdə qızıl medala Özbəkistan idmançısı Oksana Çusovitina (14.250), bürünc medala isə İndoneziya təmsilçisi Rifda İrfanalutfi (13.025) yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti