...

Bakı-2017: 3X3 basketbol komandalarımız 1/4 finalda

İdman Materials 19 May 2017 20:07 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3X3 basketbol komandaları 1/4 finala yüksəliblər.
Bakı-2017: 3X3 basketbol komandalarımız 1/4 finalda

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3X3 basketbol komandaları 1/4 finala yüksəliblər.

Trend-in məlumatına görə, bu mərhələdə qadınlardan və kişilərdən ibarət millilərimiz müvafiq olaraq İndoneziya yığmaları ilə qarşılaşacaq.

Qadın idmançılarımız bu mərhələni adlayarsa, yarımfinalda Türkiyə - Əlcəzair, kişi basketbolçularımız isə Kot-d'İvuar - Türkiyə cütlüyünün qalibi ilə mübarizə aparacaq.

1/4 final görüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti