...

3X3 basketbol yığmamız finala çıxdı

İdman Materials 21 May 2017 14:58 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət 3X3 basketbol yığması finala yüksəlib.
3X3 basketbol yığmamız finala çıxdı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət 3X3 basketbol yığması finala yüksəlib.

Trend-in məlumatına görə, yarımfinalda Türkiyə komandası ilə qarşılaşan millimiz 17:7 hesabı ilə qalib gəlib.

Finalda basketbolçularımızı Malidən olan rəqibləri gözləyir.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti