...

Heydər Əliyev Kubokunun püşkü atıldı

İdman Materials 26 May 2017 11:08 (UTC +04:00)
Bu gün Heydər Əliyev Kubokuna start veriləcək.
Heydər Əliyev Kubokunun püşkü atıldı

Bakı. Trend:

Bu gün Heydər Əliyev Kubokuna start veriləcək.

Trend-in PFL-in istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək yarışda 4 komanda – “Araz Naxçıvan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK iştirak edəcəklər.

Artıq Naxçıvanda olan komandalar son məşqlərinə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqasının və komanda nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirilib. Bundan əlavə, yarışın əsasnaməsi barədə klublara məlumat verilib.

Püşkatmaya əsasən bu gün qarşılaşacaq cütlər aşağıdakı kimidir:

26 may

“Araz Naxçıvan” – “Mil-Muğan”, saat 12:00
“Zaqatala” – MOİK, saat 17:00

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti