Bakı. Vüqar İmanov - Trend:
Bakı çox gözəl şəhərdir.
Bunu Trend-ə almaniyalı turist Yens Kolzaekerts deyib.
O qeyd edib ki, Bakıya ilk səfəri olmasa da, Formula 1-i Bakıda birinci dəfə izləyir.
Turist tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu və hər şeyin çox maraqlı keçdiyini deyib.
O, hansısa bir pilota azarkeşlik etmədiyini deyib: "Qoy, ən güclü qalib gəlsin".
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.