...

DÇ-2017: Güləşçimiz erməni idmançıya qalib gəldi

İdman Materials 22 Avqust 2017 15:23 (UTC +04:00)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.
DÇ-2017: Güləşçimiz erməni idmançıya qalib gəldi

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.

Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti