...

Əfran və Ruslan 200-cü oyuna çıxıblar

İdman Materials 28 Avqust 2017 15:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının III turu “Neftçi”nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatında 200-cü matçını keçirib. Bu yubiley “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. 0:0 hesabı ilə nəticələnən görüşədək R.Abışov 199 görüşdə iştirak etmişdi.

Ölkə çempionatında 2006/07 mövsümündə “Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.

Daha çox – 126 dəfə “Neftçi”nin şərəfini qoruyan R.Abışov “Qəbələ”də 44, “Xəzər Lənkəran”da 17, “İnter”də isə 13 dəfə meydana çıxıb.

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov da Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi Premyer Liqanın III turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi.

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən Ə.İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində isə 10 görüşə çıxıb.

Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda cəmi 35 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti