Bakı. Trend:
Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən dünya çempionatı öncəsi “Challenge” seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) təmsilçimiz Marina Nekrasova ilk dəfə olaraq qızıl medala layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala keçən komandamızın lideri final çıxışını daha da təkmilləşdirərək qələbə qazanıb.
Marina növbəti final çıxışını isə gimnastika tirində icra edərək 8-ci yerlə kifayətlənib.
Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bence Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib.