...

"Araz"ın hücumçusu Braziliya klubunda

İdman Materials 3 Yanvar 2018 14:06 (UTC +04:00)

Bakı. Trend:

Cari mövsümün yarısını “Araz”da keçirən Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Trend Azərbaycan Futzal Federasiyasına istinadən verdiyi məlumata görə, o, artıq özünə yeni komanda tapıb - ötən gün “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxaraq rəqib torunu 3 dəfə silkələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti