...

Useyn Bolt yaxınlarda futbolçu olacağını bildirib

İdman Materials 7 Yanvar 2018 23:40 (UTC +04:00)

Bakı. Trend:

Yamaykalı sabiq yüngül atlet, səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olacağını bildirib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Useyn Bolt bildirib : "Mart ayında "Borussia Dortmund" ilə məşqlərə başlayacam. Əgər yaxşı olduğumu desələr, davam edəcəm".

U.Bolt oyunu artıq daha yaxşı anladığını qeyd edib: "Çox sayda oyunlar izləyirəm. Oyunu artıq daha yaxşı anlayıram. Oynayacağım mövqeni hələ seçməmişəm, hər kəsin fikirinə qulaq asacağam".

Xəbər lenti

Xəbər lenti