Bakı. Trend:
Mayın 25-dən iyulun 25-dək futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Trend-in məlumatına görə, həmin dövrdə Moskvada nəzarət olunan və qadağan edilmiş zonalar tətbiq olunacaq.
Həmçinin bir sıra azarkeşlərin futbol oyunlarını kafe-barlarda, əyləncə mərkəzlərində izləyəcəyini nəzərə alaraq, ictimai asayişin, infrastruktur obyektlərinin mühafizəsi gücləndiriləcək.
Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı ilk dəfə olaraq təşkil ediləcək. Turnir iyunun 14-dən iyulun 15-dək 11 şəhərin 12 stadionunda keçiriləcək.