...

"Neftçi"də 33-cü: Kapitandan ikiqat yubiley

İdman Materials 12 Mart 2018 11:53 (UTC +04:00)
“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.
"Neftçi"də 33-cü: Kapitandan ikiqat yubiley

Bakı. Trend:

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

Trend PFL-ə istinadən məlumat verir ki, müdafiəçi Premyer Liqanın XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”-a çatıb.

Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, R.Abışov cari mövsümdə 3-cü qoluna imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti