...

Azərbaycan idmançıları Dünya Kubokunun ilk günündə çıxışlarından razı qalıblar

İdman Materials 15 Mart 2018 19:14 (UTC +04:00)
Azərbaycan gimnastları Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü çıxışlarından razı qalıblar.
Azərbaycan idmançıları Dünya Kubokunun ilk günündə çıxışlarından razı qalıblar

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastları Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü çıxışlarından razı qalıblar.

Trend-in məlumatına görə, M.Nekrasova çıxışı ilə bağlı deyib: "Bu gün dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda çıxışımı bitirdim, ümid edirəm ki, hər iki növdə finala çıxa bilmişəm".

Y.İnşina da dayaqla tullanmada öz çıxışından razı qaldığını deyib: "Daha yaxşı da çıxış etmək olardı. İndi sabah üçün hazırlaşmağa başlayacağam. Bir final artıq var. Sabah daha iki alətdə təsnifat yarışları olacaq".

M.Smirnova bildirib ki, çıxışı ilə bağlı düşündüklərini yerinə yetirib: "İndi digər nəticələri gözləmək qalır ki, bilək finala çıxa bilmişəm, ya yox. Sabah isə məni daha bir alət gözləyir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti