...

Sloveniya gimnastı: Bakı azarkeşlərinin xarici idmançıları da dəstəkləməsi çox xoşuma gəlir

İdman Materials 18 Mart 2018 15:15 (UTC +04:00)
Bakı azarkeşlərinin nəinki yerli, eləcə də xarici idmançıları dəstəkləməsi çox xoşuma gəlir.
Sloveniya gimnastı: Bakı azarkeşlərinin xarici idmançıları da dəstəkləməsi çox xoşuma gəlir

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı azarkeşlərinin nəinki yerli, eləcə də xarici idmançıları dəstəkləməsi çox xoşuma gəlir.

Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekununda bürünc medal qazanan sloveniyalı gimnast Rok Klavora deyib.

O, həmçinin turnirin möhtəşəm təşkilatçılığına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib:

"Bakıda yarışlar həmişə əla keçir. Mən burada artıq 2016-cı ildə çıxış etmişəm və Azərbaycandakı turnirlərə yenə də qoşulmaq istərdim. Azərbaycan Gimnastika Federasiyasına belə möhtəşəm təcrübəyə və hər il yarışları daha yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürümü bildirirəm".

R.Klavora əlavə edib ki, Bakıda azarkeşlər çox fəaldırlar, bu da gimnastlar üçün çox vacibdir.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti