...

Bakıda Formula 1 yarışının ilk dəqiqələrində QƏZA (FOTO)

İdman Materials 29 Aprel 2018 16:43 (UTC +04:00)
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışının ilk dəqiqələrində qəza baş verib.
Bakıda Formula 1 yarışının ilk dəqiqələrində QƏZA (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışının ilk dəqiqələrində qəza baş verib.

Trend-in məlumatına görə, “Force India” komandasının pilotu Esteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Onlar yarışdan kənarlaşmaq məcburiyyətində qalıblar.

“McLaren” komandasının pilotu Fernando Alonsonun isə mübarizə zamanı bolidinin ön və arxa təkəri partlasa da, pit-stopa gedərək təkərləri dəyişə bilib və yarışı davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti