...

Bu gün 5 yunan-Roma güləşçimiz yarışa çıxır

İdman Materials 30 Aprel 2018 09:53 (UTC +04:00)
Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürür.
Bu gün 5 yunan-Roma güləşçimiz yarışa çıxır

Bakı. Trend:

Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürür.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaq.

Püşkatmanın nəticəsinə əsasən, güləşçilərimizin ilk rəqibləri bəlli olub.

55 kq
1/4 final - Nugzari Tsurtsumia (GEO) - Eldəniz Əzizli

63 kq
1/8 final - Levani Kavjaradze (GEO) - Taleh Məmmədov

77 kq
1/8 final - Elvin Mürsəliyev - Riccardo Vito Abbrescia (İTA)

87 kq
1/8 final - İslam Abbasov - Roman Jernovetski (İSR)

130 kq
1/8 final - Vladislav Voronyi (UKR) - Türmən Eyyubov

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti