...

Azərbaycanda ilk dəfə nüfuzlu "MercedesTrophy" turniri keçirilib (FOTO)

İdman Materials 24 May 2018 16:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutub. Azərbaycanda ilk dəfə olaraq Mercedes-Benz-in rəsmi distribütoru “Autocapital-Azerbajan” və "Mercedes Benz"in rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi”nin dəstəyi ilə ölkədə nüfuzlu "MercedesTrophy" turniri keçirilib.

"MercedesTrophy" 1989-cu ildən Daimler AG tərəfindən keçirilən amator qolf turnirləri seriyasındandır. "MercedesTrophy"nin finalı hər il Ştutqartda keçirilir, burada 25-35 ölkədən oyunçular iştirak edir. Müxtəlif səviyyəli "MercedesTrophy" turnirlərinin bütün dünya üzrə iştirakçılarının ümumi sayı 60 000 nəfərə qədər təşkil edir. "MercedesTrophy" nəinki idman yarışı, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır.

Tədbir zamanı qonaqlar və iştirakçılar nəinki qolf oynamaqdan zövq alıb, “Qolf məktəbi”ndə təlim alıb, tanışların və dostların ətrafında dincəliblər, onlar həm də "Mercedes Benz"in ən aktual modellərinin: rahat V-Class, çox gözəl GLC və GLC Coupe və əlbəttə ki, mötəbər sinifdən olan dəbdəbəli yolsuzluq avtomobili – GLS-in testindən keçiblər.

Məşhur alman avtomobil istehsalçısının məhz bu modelləri qolf-akademiyada rahat transfer üçün bütün iştirakçıları ən yüksək standartlarla seçilən və həm təzə başlayan qolfçular, həm də peşəkarlar üçün maraq doğuran premium sinifli ilk qolf-klub olan Dreamland Golf Clubun qolf meydançasında oyunqabağı məşqlər və turnirin qaydalarının elan edilməsi üçün qarşıladı. Oyun üçün meydança 5 min kvadrat metr təşkil edirdi. Layihənin əsası kimi Amerikanın və Qərb analoqlarının ən yaxşı nümunələri götürülmüş və dünya səviyyəli yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdu.

Qolf Azərbaycanda nisbətən yeni idman növüdür. Əlverişli iqlim Azərbaycanda oyunun üstünlüklərini xüsusi vurğulayır. Qolf mövsümü burada mart ayında başlayır və yalnız dekabrda bitir. Qolf ölkəmizdə tədricən öz pərəstişkarlarını toplayır. Ona görə də təsadüfi deyildir ki, MercedesTrophy Azerbaijan iştirakçıları arasında xarici amatorlar da az deyildi. Lakin qeyd etmək lazımdır ki, yerli qolfçular onlara nə istəkli oyuğa düşmək bacarıqlarına görə, nə məqsədlərinə çatmaq üçün yoxlanmış azartlarına görə onlardan heç də geridə qalmırdılar ki, bu da zərif və üslublu oyunun şahidləri olmuş qonaqlar arasında böyük marağa səbəb oldu. Bütün bunlar idmanın bu növünü elitar oyunlara bərabər edirdi. Və nə qədər ki, “qarmaq ustaları” qolf mçeydançasında gözəl nəticələr göstərirdi, Mercedes Benz şirkətinin bütün qonaqları üçün Dreamland Golf Clubun baş qolf peşəkarı Alex Day ustad dərsləri təşkil edirdi. Mercedes-Benz avtomobillərinin sahibləri, həmçinin dəvət olunan digər qonaqlar müxtəlif kateqoriyalarda mübarizə aparırdılar: Group A (0 – 18,4), Group B (18,5 – 36,0) və Group C (0 – 36.0). Qolf təkcə idman oyunu deyil, həm də müəyyən ünsiyyət ab-havasıdır.

Qolf ilə tanışlıqdan sonra bütün qonaqları Mercedes-Benz lounge yay terrası gözləyirdi. Burada onlar və oyunçular nəinki yaşıl meydançada gördükləri barədə təəssüratlarını bölüşür, həm də üç şüalı ulduz nişanı altında bu avtomobillər haqqında fikirlərini bildirir, gözəl qız adını daşıyan bu avtomobil markasına məhəbbət və bağlılıqdan danışırdılar.

Gecənin kulminasiya nöqtəsi nəticələrin elan edilməsi oldu. Mükafatların təqdimatı mərasimi Azərbaycanda Mercedes-Benz-in Baş direktoru Orxan Hacıyevin və Baş direktorun müavini Eldəniz Məmmədovun təbrik sözləri ilə başladı. Onlar Mercedes-Benz markasına sevgi və turnirə göstərdikləri marağa görə bütün yarış iştirakçılarına minnətdarlıqlarını bildirdilər. Sonra müxtəlif kateqoriyalarda qaliblərin adları səsləndirildi. Qolf meydançasında ən dəqiq zərbələri ilə Xəlil Hüseynov və Rod O Donohyu fərqləndilər, ən uzaq zərbələr isə Li Hennderson və Şon Hassisson tərəfindən vurulmuşdu. B Group C-də üçüncü yeri Alan Fergison 40 steyblford xalla qazandı, 41 steybford xalı ilə gümüş Con Vayzmenə çatdı, qızıl isə fantastik steybford xalı ilə İxtiyar Axundova çatdı.

Group B qalibləri aşağıdakı kimi bölüşdürdü: üçüncü yerdə 32 xalla – Leon Paterson qərarlaşdı, gümüş üçün 39 xal Elman Rzayevə verildi, birinci yer isə Yekaterinburqdan gəlmiş və 43 xal toplamış qolfçu Sergey Koçevə çatdı.

Group A-da gedən mübarizə çox ciddi idi və qalibləri son oyuqlarla müəyyənləşdirirdilər. Burada üçüncü yeri Ankor Laladji tutdu, ikinci yer ikinci doqquzluqda ən yaxşı nəticə göstərmiş Refik Sabanoviçə verildi və qalib 37 steybford xalı ilə Xəlil Hüseynov oldu. O, həm də İtaliyaya – Sardiniyada yerləşən Forte Village eksklüziv kurortuna səfər qazandı. Gecənin finalı Mercedes-Benzdən «Drive to the Major” prizinin xüsusi oyunu oldu. Bura iyulun 17-dən 23-nə qədər keçiriləcək The Openə səfər də daxildir (Şotlandiyada ən nüfuzlu qolf turniri). Hər bir iştirakçı zərbə vura bildi və qolf meydançasında xüsusi xəttə ən düzgün zərbəni vuran Cənubi Koreyadan gəlmiş cənab No oldu və o, səfəri udaraq turnirin təşkilindən və hədiyyələrdən heyranlığını bildirdi.

Mercedes Benz şirkəti MercedesTrophy turnirinin bütün iştirakçılarına, sponsorlarına və tərəfdaşlarına minnətdarlığını bildirir və hamıya qolf meydançalarında uğurlar və əla nəticələr arzulayır. Və deyir: “Gələn il Bakıda görüşənədək, Azərbaycan!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti