...

"Neftçi"nin kapitanı: Hər şey yaxşı olacaq

İdman Materials 20 İyun 2018 10:24 (UTC +04:00)

Bakı. Trend:

"Yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik". Trend-in məlumatına görə, bunu "Neftçi" PFK-nın kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibəsində deyib.

Yeni transferlə haqqında da danışan təcrübəli futbolçu Avropa Liqasında maksimum uğurlu çıxış etmək istədiyini bildirib: "Mövsümün hazırlığına yeni baş məqşçi Roberto Bordinlə başlamışıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir ki, oyunlarda daha yaxşı çıxış edək".

Yeni transfer olunmuş legionerlərə toxunan R.Abışov qeyd edib: "Baqali Dabonun səviyyəsi məlumdur. Dario Frederiko da onun kimi. Çox sevinirəm ki, "Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər tez bir zamanda komandaya uyğunlaşıb həm çempionatda, həm də Avroliqada uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Turalın və Rəşadın da bizə qoşulması komandaya əlavə güc qatacaq".

"Neftçi” Avropa Liqasında çıxışına münasibət bildirən kapitan deyib: "Düzdür, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdır. Maksimum uğurlu çıxış etmək istəyirik. "Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan çempionatının bürünc mükafatçısı "Neftçi" bu mərhələdə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) klublarından biri ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti