...

DÇ-2018: Belçika Tunisi məğlubiyyətə uğratdı

İdman Materials 23 İyun 2018 17:53 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
DÇ-2018: Belçika Tunisi məğlubiyyətə uğratdı

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, G qrupu üzrə Belçika və Tunis yığmaları üz-üzə gəlib.

Oyun Belçika yığmasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Saat 19:00-da Cənubi Koreya Meksika ilə, saat 22:00-da isə Almaniya isə İsveçlə görüşəcək.

Bugünkü görüş Almaniya üçün son şans kimi qiymətləndirilir. Belə ki, qələbə qazana bilməsə, qrupda qalacaq.

Qeyd edək ki, iyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti