...

Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir

İdman Materials 29 İyun 2018 21:18 (UTC +04:00)
Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir, burada təşkilatçılıq ən yüksək səviyyədir.
Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir

Bakı. Trend:

Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir, burada təşkilatçılıq ən yüksək səviyyədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarının iştirakçısı, gənc Azərbaycan gimnastı Əhməd Rüstəm deyib.

Gimnast deyib: "Müsabiqələrin gedişini sevirəm, böyük bir ekranın quraşdırılması əladır və biz burada çıxış üçün nə qədər xal alındığını dərhal görürük".

Gənc idmançı vurğulayıb ki, çempionatın iştirakçıları arasında rəqabət var, kimisi bir, kimisi də digər növlərdə daha güclüdür".

Çıxışından danışan Əhməd Rüstəm deyib ki, onu orta səviyyədən bir az yüksək qiymətləndirirlər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti