...

Avropa Liqası: "Qəbələ" mübarizəni dayandırdı

İdman Materials 19 İyul 2018 23:35 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir
Avropa Liqası: "Qəbələ" mübarizəni dayandırdı

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın "Qəbələ" klubu Lüksemburqun "Proqres" klubu ilə qarşılaşıb. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb. Qolu oyunun 28-ci dəqiqəsində S.Jozef-Monroz vurub.

Beləliklə, ilk oyunda 2:0 hesabı ilə məğlub olan "Qəbələ" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti