...

UEFA Superkubokunun sahibi bəlli oldu (YENİLƏNİB) (VİDEO)

İdman Materials 16 Avqust 2018 01:35 (UTC +04:00)
UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən “Real Madrid” - “Atletiko Madrid” görüşündə əsas və əlavə olunan vaxt başa çatıb.
UEFA Superkubokunun sahibi bəlli oldu (YENİLƏNİB) (VİDEO)

Bakı. Tural Turan - Trend:

UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən “Real Madrid” - “Atletiko Madrid” görüşündə əsas və əlavə olunan vaxt başa çatıb.

Trend-in məlumatına görə, əlavə vaxtda 98-ci dəqiqədə Saul uzaqdan güclü zərbə endirərək “Atletiko”nu hesabda irəli çıxardı – 2:3.

Rəqibi əks-hücumda yaxalayan “Atletiko” 104-cü dəqiqədə Kokenin dəqiq zərbəsi nəticəsində üstünlüyünü iki qola çatdırdı – 2:4.

Beləliklə, “Atletiko Madrid” UEFA Superkubokunu qazandı.

x x x

00:54

UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən “Real Madrid” - “Atletiko Madrid” görüşündə əsas vaxt başa çatıb.

Trend-in məlumatına görə, ikinci taymda cərimə meydançasında Xunafran əl ilə oynadığına görə “Atletiko”nun qapısına penalti təyin olunub. Nöqtəyə yaxınlaşan kapitan Ramos penalti zərbəsini dəqiq yerinə yetirib – 2:1.

Lakin “Atletiko”nun hücumçusu Diyeqo Kostan 79-cu dəqiqədə ikinci qolunu vuraraq dubla imza atıb və hesabı bərabərləşdirib - 2:2.

Əsas vaxt heç-heçə bitib. Hər taymı 15 dəqiqə olmaqla əlavə vaxt oynanılacaq.

x x x

23:48

UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən “Real Madrid” - “Atletiko Madrid” görüşündə birinci taym başa çatıb.

Trend-in məlumatına görə, görüşdə hesabı “Real” müdafiəsinin kobud səhvindən yararlanan Diyeqo kosta 1-ci dəqiqədə açıb.

Ancaq “kral” klubu hesabı bərabərləşdirə bilib. Belə ki, 27-ci dəqiqədə Beylin ötürməsini hücumçu Benzema qola çevirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti