...

"Sportinq" - "Qarabağ" matçı başa çatıb

İdman Materials 21 Sentyabr 2018 00:56 (UTC +04:00)
Oyun ev sahibi "Sportinq" komandasının 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb.
"Sportinq" - "Qarabağ" matçı başa çatıb

Bakı. Tural Turan - Trend:

Oyun ev sahibi "Sportinq" komandasının 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Trend-in məlumatına görə, 54-cü dəqiqədə portuqaliyalı kapitan Naninin ötürməsini Rafinya qolla tamamlayıb.

Oyunun sonlarına yaxın, 88-ci dəqiqədə "Qarabağ"ın müdafiəsindəki boşluqdan Kabral istifadə edərək hesabı 2:0 edib.

Qrupun digər oyununda "Arsenal" doğma meydanda Ukraynanın "Vorskla" komandasını 4:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu 4 oktyabrda Bakı Olimpiya stadionunda "Arsenal"a qarşı keçirəcək.

XXX

22:31

Avropa Liqasında qrup mərhələsinin ilk tur matçında Portuqaliyada üz-üzə gələcək "Sportinq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Trend-in məlumatına görə, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək.

Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb.

"Sportinq": Roman Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodriqo Battalya, Luiş Nani (k.), Rafinya, Jeremi Matye, Nemanya Qudel.

Ehtiyat oyunçular: Renan Ribeyro, Andrea Pintu, Karluş Mane, Abdulay Diabi, Padosav Petroviç, Brunu Qaşpar, Jovane Kabral. "Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k.), 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: Halldorsson, Rahil Məmmədov, Miçel, Araz Abdullayev, Ansi Aqolli, Con Delarj, Abbas Hüseynov.

Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti