...

Rusiyalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi

İdman Materials 6 Oktyabr 2018 17:17 (UTC +04:00)
Rusiyalı gimnast Veronika Timakova Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyindəki çıxışından razı qalıb.
Rusiyalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı gimnast Veronika Timakova Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyindəki çıxışından razı qalıb.

Gimnast Trend-ə bildirib: "Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi. Hər şey yaxşı keçdi, məşqçi məni çıxışıma görə alqışladı. Zalın böyük olmasına baxmayaraq, çıxış etmək elə də çətin deyildi. Burada geniş tamaşaçı kütləsi var, onlar bizi fəal şəkildə dəstəkləyir, bu isə yaxşı nəticələr əldə etməyə kömək edir".

V.Timakova Bakıya ilk dəfədir ki, gəlir və şəhərin gözəl olduğu qənaətindədir:

"Biz şəhəri gəzdik, görməli yerlərə baxdıq, hər şey xoşumuza gəldi. Bakı - gözəl şəhərdir".

Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.

Fasilədən sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.

Final mərhələsi sabah baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti