...

Nurməhəmmədov və Makqreqorun döyüşündən sonra zalda kütləvi dava baş verib

İdman Materials 7 Oktyabr 2018 09:57 (UTC +04:00)
Las-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib
Nurməhəmmədov və Makqreqorun döyüşündən sonra zalda kütləvi dava baş verib

Bakı. Trend:

Las-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib.

Trend-in məlumatına görə, kütləvi dava H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti