...

Premyer Liqamızda 570 gündən sonra

İdman Materials 8 Oktyabr 2018 14:11 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının VII turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib.
Premyer Liqamızda 570 gündən sonra

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının VII turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, üç görüşdə qonaq komandalar nə xal qazanıb, nə də qol vurub. “Neftçi” “Sabah”ı, “Səbail” “Sumqayıt”ı eyni – 2:0, “Zirə” Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən XXII turun 4 matçında meydan sahibləri qalib gəlib. Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdür, indikindən fərqli olaraq 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti