Bakı. Trend:
Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir.
Trend-in məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, WADA-nın prezidenti Kreyq Ridi, baş direktor Olivier Niggli, İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının üzvləri, rəsmilər və digər qonaqlar iştirak edirlər.
İclas zamanı ötən ilin hesabatı dinləniləcək, eyni zamanda, 2019-cu ilin noyabrında Polşada keçiriləcək İdmanda Dopinq Konfransına prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunacaq.
Mərasimdə WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları dinləniləcək və bu istiqamətdə qəbul edilmiş qərarlar haqqında yeni məlumatlar veriləcək.
Bununla yanaşı, iclasda qurumun daimi komitə sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq.
İclas bu gün öz işini yekunlaşdıracaq.