...

Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb

İdman Materials 12 Mart 2019 05:43 (UTC +04:00)
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb
Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb

Bakı. Trend:

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, K.Makqreqorun saxlanılmasına səbəb onun azarkeşin mobil telefonunu qırması olub.

Bildrilir ki, döyüşçünün azarkeşi otelin qarşısında onun şəkilini çəkib. Daha sonra K.Makqreqor azarkeşin telefonunu alaraq qırıb və özü ilə götürüb.

"Mmafighting.com"un məlumatına əsasən, zərərçəkən şəxs İngiltərədən olan Əhməd Əbdirzakdır.

Döyüşçü soyğunçuluq və dələduzluqda ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti