...

İdman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub

İdman Materials 15 Mart 2019 16:58 (UTC +04:00)
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub
İdman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Lara Mori (İtaliya), Ceyd Keri (ABŞ), Vanessa Ferrari (İtaliya), Varvara Zubova (Rusiya), Marin Boyer (Fransa), Emma Nedov (Avstrtaliya), Diana Varinska (Ukrayna), Ana Cerek (Xorvatiya) vəsiqə qazanıb.

Azərbaycan gimnastı Marina Nekrasova finala vəsiqə qazana bilməyib. O, 12,366 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti