...

Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır

İdman Materials 16 Mart 2019 13:50 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışlarını izlədikcə mən də mürəkkəb hərəkətləri etməyi öyrənmək istəyirəm.
Dunya Kubokunda gənc tamaşaçı: Gimnastların yarışını izləmək çox maraqlıdır

Bakı. Cani Babayeva - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastların çıxışlarını izlədikcə mən də mürəkkəb hərəkətləri etməyi öyrənmək istəyirəm. Bunu Trend-ə yarışları izləyən gənc tamaşaçı Nazənin Teymurova deyib.

Tamaşaçı bildirib: "İdman gimnastikası ilə məşğul olmaq mənim arzum olub, məşqlərə getməyi sevirəm. Beynəlxalq yarışlarda iştirak etmək və gələcəkdə Olimpiya çempionu olmağı arzu edirəm".

N.Teymurovanın sözlərinə görə, yarışlarda Azərbaycan gimnastlarına azarkeşlik edir: "Yarışları izləməyi çox sevirəm, bura Azərbaycan gimnastlarına azarkeşlik etmək üçün gəlmişəm. Onların necə çıxış etmələrini izləmək maraqlıdır, mən də onlar kimi mürəkkəb idman hərəkətləri etməyi öyrənmək istəyirəm".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti