...

İdman gimnastikası üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 16 Mart 2019 15:00 (UTC +04:00)
Milli Gimnastika Arenasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finalın ilk gününün qaliblərii mükafatlandırılıb
İdman gimnastikası üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finalın ilk gününün qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarla hərəkətlərdə qalib və mükafatçılar, qadınlar arasında dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti