...

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

İdman Materials 25 Mart 2019 11:41 (UTC +04:00)
İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər.
İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Bakı. Trend:

Dohada (Qətər) idman gimnastikası üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Tokio Olimpiya Oyunlarına təsnifat xarakterli ilin sonuncu kubokunda Azərbaycanın qadın və kişi təmsilçiləri də mübarizə aparıblar.

Gimnastlarımızdan ən yaxşı nəticə isə qadın idmançımız Marina Nekrasovaya aid olub. Belə ki, dayaqlı tullanma hərəkətlərində Marina 6-cı yerdən finala vəsiqə qazanıb. Yekun mərhələdə isə hakimlərdən 13.216 xal alan gimnastımız, yarışları 8-cı yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti